slider img

slider img

slider img

Alpha Chemicals haqqında

img
  • Kimyəvi xammal tədarükü və marketinq şirkəti olan firmamız Alphachem 2000-ci ildən xidmətə başlamışdır. Şirkətimiz Azərbaycanın kimya sənayesinin müxtəlif sahələrində illərin təcrübəsi və biliyi olan həmkarlarımız və güclü infrastrukturu ilə sektorumuza ən qısa zamanda, ən etibarlı mənbələrdən, ən yaxşı xidməti təqdim etməyi qarşısına məqsəd qoyub. Başda Əczaçılıq, Qida, Kosmetika və Baytarlıq olmaqla Azərbaycan iqtisadiyyatının digər sektorları üçün lazım olan kimyəvi xammalın tədarükü şirkətimizin əsas diqqət mərkəzindədir. Məhsullarımız keyfiyyət siyasətimizə uyğun olaraq Səhiyyə Nazirliyinin müəyyən etdiyi şərtlərə cavab verən saxlama şəraitinə uyğun anbarlarda saxlanılır. Alphachem ölkə daxilində və xaricdə sektorun aparıcı, nüfuzlu təşkilatları ilə əməkdaşlıq edir və bundan sonra da edəcək. Komandamızı fərqləndirən üstünlüklər : müştərilərimizin daxili və xaricdəki xammal ehtiyaclarını lazımi mənbələrdən ən qısa müddətdə və ən sərfəli qiymətlərlə təmin etmək; müştərisiz, biznes təqibinin məsuliyyətini dərk edərək, məhsulların düzgün və keyfiyyətli sənədlərlə işini təmin etmək; müştərilərimizin nüfuzlu və seçilmiş təchizatçıları arasında olmaq üçün ilk növbədə onların məmnuniyyətinin vacibliyini dərk etmək. Prinsiplərimizə sadiq olaraq, sizi yüksək standartlara uyğun məhsullarla təmin etməyi qarşımıza məqsəd qoyuruq. Çünki müştərilərin bizdən razı qalması, təkmilləşməyimiz və irəli getməyimizin əsas motivasıyasıdır!