Alphachem
Tarixçəmiz

Haqqımızda

Alphachem
Tarixçəmiz

Kimyəvi xammal tədarükü və marketinq şirkəti olan firmamız Alphachem 2000-ci ildən xidmətə başlamışdır. Şirkətimiz Azərbaycanın kimya sənayesinin müxtəlif sahələrində illərin təcrübəsi və biliyi olan həmkarlarımız və güclü infrastrukturu ilə sektorumuza ən qısa zamanda, ən etibarlı mənbələrdən, ən yaxşı xidməti təqdim etməyi qarşısına məqsəd qoyub.

Başda Əczaçılıq, Qida, Kosmetika və Baytarlıq olmaqla Azərbaycan iqtisadiyyatının digər sektorları üçün lazım olan kimyəvi xammalın tədarükü şirkətimizin əsas diqqət mərkəzindədir. Məhsullarımız keyfiyyət siyasətimizə uyğun olaraq Səhiyyə Nazirliyinin müəyyən etdiyi şərtlərə cavab verən saxlama şəraitinə uyğun anbarlarda saxlanılır. Alphachem ölkə daxilində və xaricdə sektorun aparıcı, nüfuzlu təşkilatları ilə əməkdaşlıq edir.

Komandamızı fərqləndirən üstünlüklər: müştərilərimizin daxili və xaricdəki xammal ehtiyaclarını lazımi mənbələrdən ən qısa müddətdə və ən sərfəli qiymətlərlə təmin etmək; məhsulların düzgün və keyfiyyətli sənədlərlə işini təmin etmək; müştərilərimizin nüfuzlu və seçilmiş təchizatçıları arasında olmaq üçün ilk növbədə onların məmnuniyyətinin vacibliyini dərk etmək.

Prinsiplərimizə sadiq olaraq, sizi yüksək standartlara uyğun məhsullarla təmin etməyi qarşımıza məqsəd qoyuruq. Çünki müştərilərin bizdən razı qalması, təkmilləşməyimiz və irəli getməyimizin əsas motivasiyasıdır!

İki Onillik İnkişaf
2000

Alphachem-in əsası qoyuldu

2005

Əczaçılıq sektoruna genişlənmə

2010

Beynəlxalq tərəfdaşlıqlar

2020

20 il xidmət

2025

35+ məhsul

Fərqimiz

Keyfiyyət

Məhsullarımız Səhiyyə Nazirliyinin şərtlərinə cavab verən saxlama şəraitinə malik anbarlarda saxlanılır.

Etibarlılıq

2000-ci ildən bəri Azərbaycan kimya sənayesinin etibarlı tərəfdaşıyıq.

Sürət

Tələb olunan xammalı ən qısa müddətdə ən etibarlı mənbələrdən təmin edirik.

Sualınız var?

sales@alphachem.az

Bizimlə Əlaqə